Azərbaycana 130 ədəd mobil telefon gətirən Rusiya vətəndaşı saxlanılıb

Azərbaycana 130 ədəd mobil telefon gətirən Rusiya vətəndaşı saxlanılıb
# 11 avqust 2014 13:39 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycana qaçaqmalçılıq yolu ilə telefon gətirən Rusiya vətəndaşı saxlanılıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə Azərbaycana 130 ədəd mobil telefon gətirmiş Rusiya vətəndaşı Ruslan Livanskiy tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR