Rusiya və Ukrayna xüsusi xidmət orqanları əsir mübadiləsi üçün siyahılar üzərində işləyirlər.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Kreml rəsmisi bu işin tezliklə başa çata biləcəyini də söyləyib.
Qeyd edək ki, noyabrın 10-11-də Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında keçirilən üçtərəfli danışıqların yekununda Moskva və Kiyev genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəlib.