Bakıda “Hematologiya və transfuziologiyanın aktual məsələləri” mövzusunda elmi konfrans keçirilib - FOTO

Bakıda “Hematologiya və transfuziologiyanın aktual məsələləri” mövzusunda elmi konfrans keçirilib - <span style="color: red;">FOTO
# 17 aprel 2013 09:08 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün 17 aprel - Dünya Hemofiliya Günü çərçivəsində “Hematologiya və transfuziologiyanın aktual məsələləri” mövzusunda elmi konfrans keçirilib.

APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Hemofiliya kafedrası ilə Respublika Elmi-Praktik Hemofiliya Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən elmi konfrans görkəmli hematoloq alim Hənifə Abdullayevin 90 illik yubileyinə həsr olunub.

Tədbirdə çıxış edən Respublika Elmi-Praktik Hemofiliya Mərkəzinin direktoru Elmira Qədimova bildirib ki, vaxtilə bu xəstələr qan çatışmazlığından çox böyük əziyyət çəkirdi. Onun sözlərinə görə, onları həyatda saxlamaq üçün dərman preparatları və qan lazım idi. E.Qədimova bildirib ki, 2005-ci ildə dövlət tərəfindən hemofiliyalı xəstələrin müalicəsi ilə bağlı proqram qəbul olunandan sonra lazımi dərman preparatları ölkəyə gətirilir. Onun sözlərinə görə, hazırda xəstələr bunlardan istifadə edirlər: “Onların həyat tərzi yaxşılaşır və həyatlarına davam edirlər. Düzdür, bu gün bütün sahələrdə olduğu kimi, hemofiliya sahəsində də problemlər var. Ümid edirəm ki, bu problemlər də yaxın gələcəkdə öz həllini tapacaq”.

Sonra Respublika Elmi-Praktik Hemofiliya Mərkəzinin direktoru Elmira Qədimova Hənifə Abdullayevin həyatı və elmi-pedaqoji fəaliyyəti haqqında ətraflı məlumat verib.

Tədbir müzakirələrlə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR