AFFA 5 klubu cəzalandırıb

AFFA 5 klubu cəzalandırıb
# 25 avqust 2015 09:45 (UTC +04:00)

Bakı – APA. Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının III turunda baş verən qayda pozuntuları müzakirə olunub. Qurum 5 komandanı ümumilikdə 6400 manat cərimələyib.

“Xəzər Lənkəran”la qarşılaşmada 5 futbolçusu sarı vərəqə ilə cəzalanan “Rəvan” 1000 manat cərimə olunub. Meydan sahiblərinin qırmızı vərəqə alan oyunçuları Elşən Rzazadə və Adrian Skarlatakenin cəzası eyni olub. Hərəyə 200 manat cərimə olunan futbolçular 1 oyunluq cəza alıb.

Oyun başa çatdıqdan sonra “Xəzər Lənkəran” azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat ziyana düşüb.

AZAL – “Qarabağ” matçının 82-ci dəqiqəsində meydan sahiblərinin baş məşqçisi Tərlan Əhmədov hakimə qarşı emosional şəkildə etiraz etdiyinə görə “texniki zona”dan kənarlaşdırılıb. Buna görə 1 oyun cəzalanan çalışdırıcı klubunu 1000 manat xərcə salıb.

“Qəbələ” – “Kəpəz” matçında 4 futbolçusunun sarı vərəqə ilə cəzalanan qonaqlar 1000 manat ödəyəcək. “İnter”lə qarşılaşmada 5 futbolçusu xəbərdarlıq alan “Zirə”nin də cəriməsi eyni olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR