Azərbaycanda kafe, restoran və otellərdə satışına qadağa qoyulacaq bir gün əvvəldən qalmış xörək və içkilər müəyyənləşib  

Azərbaycanda kafe, restoran və otellərdə satışına qadağa qoyulacaq bir gün əvvəldən qalmış xörək və içkilər müəyyənləşib  
# 29 may 2015 15:32 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda ictimai iaşə müəssisələrində (kafe, restoran, otel və s. ) ictimai iaşə məhsullarının (xörəklər, kulinariya məmulatları və kulinar yarımfabrikatları, çörək-bulka və unlu qənnadı məmulatlarının məcmusu) satışına qoyulan tələblər müəyyənləşib.

APA-nın məlumatına görə, Standartlaşdırma, Metrologiya və Patent Komitəsinin qərarı ilə təsdiqlənən AZS 804-2015 “İctimai iaşə xidmətləri və əhaliyə realizasiya olunan kulinariya məhsulları. Ümumi texniki şərtlər” dövlət standartına əsasən ictimai iaşə məhsulları ictimai iaşə müəssisəsinin zalında özünə xidmət, süfrəçi və ya barmen vasitəsilə, istehlakçı istəyi ilə çatdırılma vasitəsilə, istehsalçının sifarişinə əsasən ticarət şəbəkələrində bu məqsədlə ayrılmış sahələr vasitəsilə və ya müəssisədən kənar yerlərə çatdırılma vasitəsilə realizə oluna bilər.

İsti sulu xörəklər realizə olunarkən temperaturu 75 0C-dən, digər isti xörəklər 65 0C-dən aşağı, soyuq şorbalar, qəlyanaltılar, soyuq şirin yemək və içkilər realizə olunarkən isə temperaturu 14 0C-dən yuxarı olmamalıdır. İsti marmit, qaynar plitənin üzərində və ya içlikli qızdırıcıda olan kulinariya məmulatlarının və xörəklərin 65 0C-dən aşağı olmayan tempraturda saxlanma müddəti onların istehsal olunduğu andan 3 saatı aşmamalıdır. Porsiyalara bölünmüş salatlar, vineqretlər, qastranomik məhsullar, içkilər, digər soyuq xörək və qəlyanaltılar soyudulan satış piştaxtalarında saxlanmalı və ən çoxu 1 saat müddətində realizə olunmalıdır.

Əvvəlki (ötən) gündən qalmış aşağıda adları sadalanan məmulatların realizasiyasına icazə verilmir:

- salatlar, vineqretlər, studni, souslu xörəklər və başqa xüsusilə tez xarab olan soyuq xörəklər;

- soyuq, şirin südlü sıyıqlar, şorbalar, pürelər;

- şorba üçün hissələrə bölünmüş qaynadılmış ət, ətli və kəsmikli blinçiklər, quş, balıq və ətdən döyülmüş məmulatlar;

- souslar;

- qayqanaqlar (omletlər);

- kartof püresi, qaynadılmış makaron məmulatları;

- özünün hazırladığı (ictimai iaşə müəssisəsində hazırlanan) kampotlar və içkilər.

İaşə məhsullarının istehsalında və daşınmasında iştirak edən personal şəxsi gigiyenaya əməl etməyə, dövri olaraq fəaliyyətdə aid olan texniki normativ hüquqi aktlara müvafiq tibbi müayinədən keçməyə borcludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR