Sloveniya Dövlət Şurasının sədri Azərbaycana səfərə gəlib - FOTO

Sloveniya Dövlət Şurasının sədri Azərbaycana səfərə gəlib - <span style="color: red;">FOTO
# 02 mart 2015 14:56 (UTC +04:00)

APA-nın xəbərinə görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında nümayəndə heyətini Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılayıb.

Mitya Barvar jurnalistlərə açıqlamasında deyib ki, səfərdə məqsəd iki ölkə arasında idman, mədəniyyət, informasiya, iqtisadi və digər sahələrdə əlaqələrin inkişafına töhfə verməkdir.

Səfər müddətində bir sıra rəsmi şəxslərlə görüş keçirəcək. Bir sıra sazişlərin imzalanmasında və obyektlərin açılışında iştirak edəcəklərini deyən Dövlət Şurası sədri onların səfərinin ardınca Sloveniya Olimpiya Komitəsinin rəhbərinin də Azərbaycana səfər edəcəyini açıqlayıb.

Qeyd edək ki, nümayəndə heyətinin səfəri martın 5-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR