Qubada yük avtomobili qəza törədib

Qubada yük avtomobili qəza törədib
# 13 aprel 2015 15:01 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Quba rayonunda yük avtomobili hasara çırpılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Quba rayonu, Digah kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus "Ford" markalı yük avtomobilinin hasara çırpılması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücü deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə sürücünü avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR