Azərbaycanda zavodda yanğın olub

Azərbaycanda zavodda yanğın olub
# 17 noyabr 2015 15:01 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bu gün Yevlaxda zavodda yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Yevlax şəhərində “Qarabağ” ASC-ə məxsus pambıq təmizləmə zavodunun ərazisində qeydə alınıb. Ümumi sahəsi 400 kv.m olan talvarın altına yığılmış pambıq tullantıları 100 kv.m sahədə yanıb. Talvar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR