Mənimsəmədə təqsirləndirilən vəzifəli şəxsin apellyasiya məhkəməsi başlayıb

Mənimsəmədə təqsirləndirilən vəzifəli şəxsin apellyasiya məhkəməsi başlayıb
# 10 mart 2015 09:01 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən Azər Bayramovun apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatı dəqiqləşdirilib. Prosesin baxış iclası martın 16-na təyin edilib.

Qeyd edək ki, Azər Rahib oğlu Bayramov “OTAK Turizm Otelçilik İnşaat Limited” şirkətinin Azərbaycandakı nümayəndəliyinin icarəyə götürdüyü “Central Park” mehmanxanasında 1 aprel 2013-cü il tarixdən 1 aprel 2014-cü il tarixədək satış üzrə menecer vəzifəsində çalışıb. Onun vəzifəsi otel nömrələrinin satılması müqabilində turizm şirkətlərindən alınan vəsaitlərin kassaya daxil edilməsi olsa da, şirkət rəhbərliyi tərəfindən maliyyə hesabatlarında uyğunsuzluqlar müəyyən edilib.

Buna görə “Finans Audit MMC” və “Audit Grup MMC” mehmanxanada audit yoxlaması aparmaq üçün dəvət olunub. Verilmiş audit rəyləri və turizm şirkətlərinin borclarını ödəməsi təsdiqlənəndən sonra məlum olub ki, şirkətə məxsus 369.012 manat pul vəsaiti mehmanxananın satış üzrə meneceri Azər Bayramov tərəfindən mənimsəmə yolu ilə talan edilib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. Bayramov 8 il müddətinə azadlıqdan məhrum edilib.


O, Cinayət Məcəlləsinin 179.3.2-ci (özgə əmlakını mənimsəmə maddəsinə əsasən ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR