MSK DİN-lə birgə seçkilərdə polis əməkdaşlarının fəaliyyəti ilə bağlı seminar-müşavirələr keçirir

 MSK DİN-lə birgə seçkilərdə polis əməkdaşlarının fəaliyyəti ilə bağlı seminar-müşavirələr keçirir
# 21 sentyabr 2015 07:18 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il noyabrın 1-nə təyin edilmiş seçkilərlə əlaqədar genişmiqyaslı layihələr davam etdirilir.

Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, sentyabrın 21-dən etibarən komissiya Daxili İşlər Nazirliyi (DİN) ilə birgə seminar-müşavirələrə başlayır. Milli Məclisə seçkilər prosesində və səsvermə günü ictimai qaydanın pozulması hallarının qarşısının alınması istiqamətində polisin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr edilən zona seminar-müşavirələrində dairə seçki komissiyalarının sədrləri və polis orqanları nümayəndələrinin iştirakı nəzərdə tutulur. Seminar-müşavirələrdə MSK üzvləri, komissiya  Katibliyinin əməkdaşları və DİN-in müvafiq qurumlarının nümayəndələrinin Milli Məclisə seçkilərin keçirilməsi və bu proseslərdə polisin rol və vəzifələri ilə bağlı müxtəlif mövzularda çıxışları dinləniləcək, təqdimatlar və müzakirələr aparılacaq.

 

Sentyabrın 21-dən start götürən seminar-müşavirələrin sentyabrın 30-dək davam etməsi nəzərdə tutulur.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR