Alman mütəxəssislər “Azərsu”da seminar keçirib

Alman mütəxəssislər “Azərsu”da seminar keçirib
# 07 may 2015 14:31 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Azərsu” ASC-də Almaniyanın “Vag Armaturen GmbH” şirkətinin mütəxəssisləri tərəfindən “Su və çirkab su siyirtmələri” mövzusunda seminar keçirilib.

“Azərsu”dan “APA-Economics”ə verilən məlumata görə, cəmiyyət Almaniyanın “Vag Armaturen GmbH” şirkəti ilə 2010-cu ildən əməkdaşlıq edir. Alman şirkətinin istehsal etdiyi müxtəlif təyinatlı siyirtmələr Oğuz-Qəbələ Bakı magistral su kəmərində uğurla istifadə olunmaqdadır. İkigünlük seminarın keçirilməsində məqsəd həmin avadanlıqların istismarı zamanı yaranan və yarana biləcək problemlərin vaxtında qarşısının alınması olub.

Seminara “Azərsu”nun müvafiq şöbələrinin və “Oğuz-Qəbələ-Bakı” Su Kəməri İdarəsinin mütəxəssisləri cəlb edilib. Seminar “Vag Armaturen GmbH” şirkətinin Avropa və Şimali Afrika üzrə satış direktoru Jochen Endres və şirkətin Türkiyə üzrə təmsilçisi Ediz Tatar tərəfindən aparılıb. Tədbirdə Almaniya şirkəti tərəfindən istehsal olunan ikitaylı siyirtmələr, əks klapanlar, hidrantlar, plunjer, sürgülü və kəpənək tipli siyirtmələr, vantuzlar və s. məhsullar haqqında təqdimatlar olunub. Tədbir iştirakçıları belə seminarların istehsalat proseslərində müsbət nəticələrin verdiyini bildiriblər.

Seminarın ikinci günü iştirakçılar “Oğuz-Qəbələ-Bakı” Su Kəməri İdarəsində olub, burada istifadə edilən vantuz və plunjer tipli siyirtmələrə yerində baxış keçiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR