Tacikistanda terror təşkilatlarına üzv olmaq üçün ölkəni tərk edənlər vətəndaşlıqdan məhrum ediləcək

Tacikistanda terror təşkilatlarına üzv olmaq üçün ölkəni tərk edənlər vətəndaşlıqdan məhrum ediləcək
# 25 iyun 2015 08:11 (UTC +04:00)

Bakı. Faiq Mahmudov – APA. Tacikistan hökuməti terror təşkilatlarına üzv olmaq üçün ölkəni tərk edən şəxsləri vətəndaşlıqdan məhrum edəcək.

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, Tacikistan parlamentinin aşağı palatası “Vətəndaşlıq haqqında” qanuna edilmiş dəyişikliyi qəbul edib.

İnsan hüquqları üzrə müvəkkil Zərif Əlizoda bildirib ki, terror təşkilatlarının tərkibində vuruşmaq üçün xaricə gedən vətəndaşlar avtomatik olaraq ölkə vətəndaşlığından məhrum olunacaq.

Yeni qanuna əsasən valideynlərinin hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq ölkədə doğulan hər bir uşağa Tacikistan vətəndaşlığı veriləcək.

Vətəndaşlıq almaq istəyən xarici vətəndaşlar və ya vətəndaşlığı olmayan şəxslər tacik dilindən imtahan verəcək. Namizədlər tacik dilini minimum danışıq səviyyəsində bilməlidir.

Tacikistan Xarici İşlər Nazirliyinin məlumatına görə, “İslam Dövləti” terror qruplaşması tərkibində döyüşmək üçün ölkəni 386 nəfər tərk edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR