Meksikada uşaqlarla dolu avtobus aşıb, 4 nəfər ölüb, 32 nəfər yaralanıb

Meksikada uşaqlarla dolu avtobus aşıb, 4 nəfər ölüb, 32 nəfər yaralanıb
# 15 noyabr 2014 23:47 (UTC +04:00)

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, hadisə Morelos ştatında baş verib.

Məlumata görə, avtobus uşaqları Tepostlan turizm şəhərinə gəzintiyə aparırmış. Qəzanın əyləc sistemində yaranmış problemlə bağlı olduğu ehtimal edilir.

Ölənlərdən üçünün yaşlı, birinin isə uşaq olduğu bildirilir. Avtobusda, ümumilikdə, 42 nəfər olub, xəsarət alanlardan çoxunun vəziyyətinin kritik olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR