Qusar, Quba, Xaçmaz rayonlarının sakinləri Səyyar ASAN xidmətdən yararlana biləcəklər - VİDEO

Qusar, Quba, Xaçmaz rayonlarının sakinləri Səyyar ASAN xidmətdən yararlana biləcəklər - <span style="color: red;">VİDEO
# 22 iyul 2014 09:02 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. 22 iyul – 1 avqust tarixində Qusar, Quba, Xaçmaz rayonlarının 415.000-dən artıq sakini Səyyar ASAN xidmətdən Qusar rayonunda yararlana biləcək.

Bu barədə APA-ya “ASAN xidmət” Mərkəzindən məlumat verilib. Məlumata görə, səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, torpaq kadastrı məlumatları barədə arayışların verilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

Qeyd edək ki, 2014-cü ilin dekabr ayına qədər Səyyar ASAN xidmət vasitəsi ilə 35 məntəqədə 41 rayonun sakinlərinə müvafiq xidmətlərin həyata keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR