Gimnastlarımız Tartuda 12 medal qazanıb

Gimnastlarımız Tartuda 12 medal qazanıb
# 23 fevral 2015 12:53 (UTC +04:00)

Bakı – APA. Estoniyanın Tartu şəhərində bədii gimnastika üzrə “Miss Valentine” adlı beynəlxalq turnir keçirilib. Azərbaycan Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarış yığmamız üçün uğurlu alınıb. Komandamız Tartu şəhərində 5 qızıl, 5 gümüş və 2 bürünc medal qazanıb.

Belə ki, 4 çıxışın nəticəsinə görə, həmçinin ayrı-ayrı alətlərdə - halqa, top və gürzlərlə yeniyetmə gimnastımız Jalə Piriyeva 4 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Böyüklər arasında çıxış edən Marina Durunda da gürzlərlə hərəkətlərdə qızıl medal əldə edib. O, həmçinin ümumi hesaba çoxnövçülük və halqa ilə hərəkətlərdə 2 gümüş, lent və topla ilə hərəkətlərdə 2 bürünc medal əlavə edib.

Böyüklərdən ibarət qrup hərəkətləri komandamız da çoxnövçülükdə, lent ilə hərəkətlərdə və gürzlər-halqa ilə kombinasiyada 3 gümüş mükafata yiyələnib.

Bu səfər gimnastlarımızın hava şəraiti əlaqədar olaraq, İstanbul hava limanında 30 saat qalmaqları ilə yadda qalıb.

Digər 2 gimnastımız Gülsüm Şəfizadə və Ayşən Bayramova isə Moskva hava limanına uğurla eniblər. Rusiyada Qran-pri yarışlarında çıxış edən Şəfizadə 4 çıxışın nəticəsinə görə 7-ci yerdə qərarlaşıb. Həmçinin top və lent ilə finallara çıxmağa müvəffəq olub. Onunla paralel gedən beynəlxalq yarışda isə Ayşən Bayramova da 7-ci pilləni tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR