Türkiyə vətəndaşı iki əski çap kitabını AMEA Əlyazmalar İnstitutuna təqdim edib

Türkiyə vətəndaşı iki əski çap kitabını AMEA Əlyazmalar İnstitutuna təqdim edib
# 17 aprel 2013 10:24 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Türkiyə vətəndaşı iki əski çap kitabını AMEA Əlyazmalar İnstitutuna təqdim edib. AMEA mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Türkiyə vətəndaşı Maşide Niğmet tərəfindən təqdim edilən kitabları Nuru paşanın Qafqaz İslam Ordusunun tərkibində Azərbaycanı xilas etməyə gəlmiş ulu babası vətənə qayıdarkən özü ilə aparıb. Bunlar 1853-cü ildə İstanbulda çapdan çıxmış dini məzmunlu “Qırx kitab” və 1906-cı ildə İstanbulda nəşr edilmiş Hafiz Məhəmməd Əsədinin “Dürri-yekta” kitablarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR