Ağdamda “Bakı-2015. İlk Avropa Oyunlarına dəstək” adlı tədbir keçirilib - FOTOSESSİYA - VİDEO

Ağdamda “Bakı-2015. İlk Avropa Oyunlarına dəstək” adlı tədbir keçirilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 30 may 2015 09:24 (UTC +04:00)

Ağdam. Teymur Zahidoğlu - APA. Ağdamda “Bakı-2015. İlk Avropa Oyunlarına dəstək” adlı tədbir keçirilib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov ilk Avropa Oyunlarının təşkili ilə bağlı görülən işlər barədə danışıb.

İcra başçısı qeyd edib ki, "Bakı-2015" oyunları Avropa idman tarixində yeni səhifə açacaq.

Yerli ictimaiyyət nümayəndələrinin və ziyalıların iştirak etdiyi tədbirə həmçinin "Son zəng"i qeyd edən yüzlərlə yeniyetmə qatılıb. Tədbir böyük konsert proqramı ilə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR