Küveytdə Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

Küveytdə Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək
# 18 fevral 2013 08:18 (UTC +04:00)

Bakı. Ülkər Qasımova - APA. Fevralın 18-dən 23-dək Küveytdə Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək. Tədbirlərdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edəcək. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, heyətə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycan Dövlət Simfonik Orkestrinin kollektivi və solistlər daxildir. Orkestrin tanınmış dirijorları, xalq artisti Yalçın Adıgözəlov və əməkdar incəsənət xadimi Fəxrəddin Kərimovun rəhbərliyi ilə gerçəkləşəcək konsertlərdə solistlər Babək Niftəliyev, Səbinə Ərəbli, Azər Rzazadə və digərləri çıxış edəcəklər. Mədəniyyəti Günləri çərçivəsində Azərbaycan bəstəkarlarının əsərlərindən, milli muğamlarımızdan ibarət konsert proqramları və digər təbirlər təşkil olunacaq.

Bundan əvvəl Küveytdə Azərbaycan Mədəniyyəti Günləri 2011-ci il tarixində keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR