Arif Hacılı və Rauf Arifoğlu arasında görüş keçirilib

Arif Hacılı və Rauf Arifoğlu arasında görüş keçirilib
# 05 dekabr 2014 14:23 (UTC +04:00)

Bu sözləri APA-ya açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

Qeyd edək ki, Müsavat başqanının müavini Osman Kazımovun sosial şəbəkədə “Yeni Müsavat”la AXCP arasında baş verənlərin Müsavat Partiyasına aidiyyəti olmadığını yazması “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun etirazına səbəb olub. R. Arifoğlu "Facebook"dakı statusunda gələn həftə qəzetdə çalışan müsavatçıların partiyada qalıb-qalmamaq məsələsinin müzakirə olunacağını yazıb.

A. Hacılı yaranmış vəziyyətlə əlaqədar R. Arifoğlu ilə görüşüb. A. Hacılı qeyd edib ki, görüşdə Müsavat Partiyasına aid olan məsələlər və ictimai-siyasi vəziyyət barədə müzakirələr aparılıb: “Son günlər “Yeni Müsavat” qəzetində çalışan müsavatçıların bəzi mövqeləri açıqlanmışdı və biz bu məsələlərlə əlaqədar da fikir mübadiləsi apardıq. Eyni zamanda qəzet tərəfindən Müsavat Partiyasının gələn həftə keçiriləcək mitinqinə informasiya dəstəyinin verilməsi və başqa məsələləri müzakirə etdik”.

R. Arifoğlu isə görüşü müsbət dəyərləndirərək partiyada qalacağını vurğulayıb: “Müsavat Partiyasında heç bir fəaliyyətim yoxdur, sadəcə, partiyanın sıravi üzvüyəm. Müsavatda qalmağım həm partiyaya, həm də özümə problemlər yaradır. Buna və yaranmış gərginliyə görə belə bir bəyanat verdim. Amma Arif Hacılı ilə görüşdən məmnun qayıtdım. Onun mövqeyi məni qane etdi və ona görə də bu qərarla bağlı mən hələ ki fasilə verirəm. Yəni, partiyadan getmirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR