Bakı Fond Birjasının dövriyyəsi üzrə kəskin azalma davam edir

Bakı Fond Birjasının dövriyyəsi üzrə kəskin azalma davam edir
# 01 may 2013 13:48 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə aparılmış əməliyyatların ümumi həcmi 2,143 mlrd. manat təşkil edib. Bu da 2012-ci ilin eyni dövrü ilə müqayisədə 42% azdır.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə korporativ qiymətli kağızlar (KQK) bazarının həcmi 2,9 dəfə artaraq 220,809 mln. manat təşkil edib. Korporativ istiqrazların ilkin bazarının həcmi hesabat dövründə 39% artaraq 26,812 mln. manat, təkrar bazarın həcmi isə 55,6% artaraq 42,733 mln. manat təşkil edib.

Səhm bazarına gəldikdə isə, hesabat dövründə səhmlərin ilkin bazarı 5,3 dəfə, təkrar bazarı isə 4,3 dəfə artıb.

Bu ilin yanvar-aprel aylarında BFB-nin dövriyyəsinin mənfi dinamikasına dövlət qiymətli kağızları (DQK) bazarı, əsasən də notlar üzrə repo əməliyyatları və notların ilkin bazarı səbəb olub. Belə ki, Azərbaycan Mərkəzi Bankının notlarının ilkin bazarının həcmi cari ilin ilk dörd ayı ərzində 2012-ci ilin analoji dövrünə nisbətən 2,6 dəfə azalıb. Notların təkrar bazarı isə 2,3 dəfə artıb. Eyni zamanda, hesabat dövründə notlar üzrə repo əməliyyatları 5,4 dəfə artıb. Repo əməliyyatlarının həcmi 46,2% azalaraq 1,726 mlrd. manat təşkil edib.

Yanvar-aprel aylarında dövlət istiqrazları (Dİ) bazarında əqdlər bağlanılmayıb. Ümumiyyətlə, DQK bazarı hesabat dövründə 46,8% azalaraq 1,922 mlrd. manatdan çox olub.

Bütün alətlər üzrə BFB-da keçirilmiş hərracların müqayisəli cədvəli

Bazarın seqmentləri

Yanvar-aprel, 2013

Yanvar-aprel, 2012

Nisbət, %

Əqdlərin həcmi,

AZN

Əqdlərin

sayı

Əqdlərin həcmi,

AZN

Əqdlərin

sayı

Dİ (AMN) (yerləşdirmə)

0,00

0

0,00

0

-

Dİ (AMN)

(təkrar bazar)

0,00

0

1 325 851,92

2

0,00%

Notlar (AMB) (yerləşdirmə)

151 956 761,80

57

389 476 825,08

95

-2,6 dəfə

Notlar (AMB)

(təkrar bazar)

43 955 612,02

4

8 077 756,64

4

5,4 dəfə

Repo əməliyyatları

1 726 421 575,61

155

3 211 300 530,66

459

-46,2%

DQK bazarı cəmi

1 922 333 949,43

216

3 610 180 964,30

560

-46,8%

Korporativ istiqrazlar (yerləşdirmə)

26 812 001,00

27

19 284 834,00

30

39%

Korporativ istiqrazlar

(təkrar bazar)

42 733 224,71

39

27 466 628,68

17

55,6%

Səhmlər (yerləşdirmə)

147 670 667,10

136

27 867 476,35

31

5,3 dəfə

Səhmlər

(təkrar bazar)

3 593 042,79

1 175

841 764,97

1 154

4,2 dəfə

KQK bazarı cəmi

220 808 935,60

1 377

75 460 704,00

1 232

2,9 dəfə

Cəmi

2 143 142 885,03

1 593

3 685 641 668,30

1 792

-42%

Dİ – dövlət istiqrazları;

AMN – Azərbaycan Maliyyə Nazirliyi;

AMB – Azərbaycan Mərkəzi Bankı;

DQK – dövlət qiymətli kağızları;

KQK – korporativ qiymətli kağızlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR