Biləsuvarda zəlzələ olub

Biləsuvarda zəlzələ olub
# 06 aprel 2015 07:09 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Aprelin 5-də Biləsuvar rayonunda zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, zəlzələ saat 13:35-də Cəlilabaddan 34 km şimal-qərbdə Biləsuvar ərazisində qeydə alınıb.

Yeraltı təkanın maqnitudası 3.0, dəriliyi 29 km olub. Zəlzələ hiss olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR