Pentaqon İŞİD-lə mübarizəyə 1,1 mlrd. dollar xərcləyib

 Pentaqon İŞİD-lə mübarizəyə 1,1 mlrd. dollar xərcləyib
# 07 oktyabr 2014 10:13 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. ABŞ Müdafiə Nazirliyi Suriya və İraqdakı İŞİD terrorçularına qarşı keçirilən hərbi əməliyyatlara indiyədək 1,1 mlrd. dollar xərcləyib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) məlumat yayıb.

Bildirilir ki, bu günədək terrorçu qruplaşmanın İraqdakı mövqelərinə 266, Suriyadakı mövqelərinə isə 95 aviazərbə endirilib. “Xorasan” terror qruplaşmasının Hələb yaxınlığındakı mövqelərinə də 8 dəfə hava zərbələri endirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR