Ümumdünya Turizm Təşkilatının hüquq məsələləri üzrə müşaviri Azərbaycanda səfərdədir

Ümumdünya Turizm Təşkilatının hüquq məsələləri üzrə müşaviri Azərbaycanda səfərdədir
# 11 fevral 2013 16:36 (UTC +04:00)

Bakı. Ülkər Qasımova - APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ümumdünya Turizm Təşkilatının hüquq məsələləri üzrə müşaviri Jaklin Duqalı qəbul edib.

Nazirliyin turizm şöbəsindən APA-ya verilən məlumata görə, Jaklin Duqal Mədəniyyət və Turizm Nazirliyi və BMT-nin Ümumdünya Turizm Təşkilatı arasında imzalanmış müvafiq sazişə əsasən Azərbaycanın “Turizm haqqında” yeni qanun layihəsinin beynəlxalq standartlara uyğun hazırlanmasında iştirak edəcək.

Görüş zamanı nazir J.Duqala nazirliyin və ümumilikdə turizm sənayesinin yeni qanundan gözləntiləri, Azərbaycanda turizmin orta və uzaq perspektivlərdə əsas inkişaf planları haqqında məlumat verib. Tərəflər layihədə müzakirə olunan məsələlərin hüquqi tənzimlənməsinə dair fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR