Əbülfəs Qarayev Saatlıda vətəndaşları qəbul edib - FOTO

Əbülfəs Qarayev Saatlıda vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO
# 19 aprel 2013 13:46 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva- APA. Aprelin 19-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Saatlı şəhərindəki Gənclər Mərkəzində Saatlı, Sabirabad, Şirvan, Hacıqabul, İmişli, Beyləqan, Ağcabədi, Laçın və Füzuli rayonlarından olan vətəndaşların qəbulunu keçirib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, nazirliyin məsul işçilərinin iştirak etdikləri görüşdə 50-dək vətəndaşın müraciətinə baxılıb.

Müraciətlər əsasən kəndlərdə musiqi məktəblərinin tikintisi, mədəniyyət evlərinin maddi-texniki bazasının gücləndirilməsi, təmiri, mədəniyyət kollektivlərinin geyim və musiqi alətləri ilə təmin olunması, gənc kadrların işlə təminatı, sosial müavinətlərin, güzəştli ipoteka kreditlərinin verilməsində kömək göstərilməsi və sair məsələlərlə bağlı olub. Nazir hər il ölkənin müxtəlif regionlarında mədəniyyət ocaqlarının, o cümlədən musiqi məktəblərinin tikintisi və əsaslı yenidən qurulması ilə bağlı işlərin görüldüyünü xatırladaraq, qəbul olunacaq yeni investisiya layihələrində bu məsələnin nəzərdə saxlanılacağını bildirib. Nazir ötən il bir sıra mədəniyyət kollektivlərinə geyimlərin verildiyini, bununla bağlı qaldırılan problemlərin də qısa zamanda həll olunacağını vurğulayıb.

Nazir bəzi müraciətlərin yerindəcə həll olunması üçün konkret tapşırıqlar verib. Sonda jurnalistlərə açıqlama verən nazir vətəndaşların xahiş, şikayət və təkliflərinin müxtəlif mövzu və sahələri əhatə etdiyini, onların hamısının diqqətlə nəzərdən keçiriləcəyini deyib. Qeyd olunub ki, vətəndaşların müraciəti daha çox yerlərdə mədəniyyət ocaqlarının təmiri və yenidən qurulması, yeni mədəniyyət müəssisələrinin inşası, habelə kadr təminatı ilə bağlıdır. Bəzi müraciətlərdə sosial yardım, mənzil təminatı və digər məsələlərlə bağlı köməklik göstərilməsi xahiş olunub ki, bu müraciətlər də müvafiq qurumlara təqdim ediləcək və diqqətdə saxlanılacaq. Vətəndaşlarla görüşlər növbəti aylarda da davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR