Səfir: “Prezident seçkilərində 17,1 milyon seçici İslam Kərimova səs verib”

Səfir: “Prezident seçkilərində 17,1 milyon seçici İslam Kərimova səs verib”
# 03 aprel 2015 08:31 (UTC +04:00)

Bakı. Ülkər Bəkirli – APA. “Özbəkistanda keçirilən prezident seçkilərində 18 milyon 942 min (91.08 faiz) seçici iştirak edib. Seçkinin nəticələrinə əsasən 17 milyon 122 min 577 nəfər İslam Kərimova səs verib”.

APA-nın məlumatına görə, bunu Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev Bakıda keçirdiyi brifinqdə deyib.

O, seçkilərin şəffaf və qanunvericiliyə uyğun şəkildə keçirildiyini vurğulayıb: “Özbəkistanda azad, şəffaf və demokratik seçkilərin keçirilməsi üçün lazımi hüquq əsaslar mövcuddur”.

Diplomat qeyd edib ki, hazırda Özbəkistan Mərkəzi Seçki Komissiyası protokollara, habelə seçki komissiyalarının təqdim etdiyi rəylərə və digər sənədlərə baxış keçirir.

Səfir bildirib ki, Özbəkistanda keçirilən prezident seçkilərini Azərbaycan Mərkəzi Seçki Komissiyasının iki nümayəndəsi, deputatlar Aydın Abbasov və Etibar Hüseynov, habelə mətbuat nümayəndələri izləyiblər.

Xatırladaq ki, martın 29-da keçirilən prezident seçkilərində 4 namizəd - hazırkı prezident İslam Kərimov, Xalq Demokrat Partiyasından Hatəmcon Ketmonov, “Milli tıklaniş” Demokrat Partiyasından Akmal Saidov və Sosial-Demokrat “Adolat” Partiyasından Narimon Umarov mübarizə aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR