Bu il FAO-nun Azərbaycanda regional ofisi açılacaq

Bu il FAO-nun Azərbaycanda regional ofisi açılacaq
# 30 aprel 2013 09:54 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Bəhrəm Əliyev bildirib.

Onun sözlərinə görə, bu ilin iyunun 22-də İtaliyada FAO-nun geniştərkibli bir iclasının keçirilməsi planlaşdırılır. Sözügedən tədbirdə Azərbaycan ilə FAO arasında regional ofisin açılmasına dair müvafiq sənəd imzalanacaq: «Aprelin 18-21-də İtaliyada səfərdə olan Azərbaycanın nümayəndə heyəti FAO-nun baş ofisində olub. Orada FAO-nun əlaqələndirici ofisinin Azərbaycanda açılması ilə bağlı məsələ müzakirə olunub. Artıq əlaqələndirici ofisin Azərbaycanda açılması üçün sənədlər tam hazırdır. Yaxın günlərdə FAO-nun nümayəndə heyəti də Azərbaycana gələcək. Sonuncu dəfə məsləhətləşmələr aparıldıqdan sonra tərəflərlə təqdim ediləcək. Bundan sonra ofisin açılması prosesinə başlanacaq».

Xatırladaq ki, hazırda FAO-nun dünya üzrə 5 ofisi var ki, 6-cının Azərbaycanda, 7-cinin Qazaxıstanda, 8-ci ofisin isə Rusiyada açılması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR