Bakı. Fuad Cəfərov – APA. Bu il paytaxtda yol polisi tərəfindən 218 min inzibati protokol tərtib edilib.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, bu ilin yanvarın 1-dən aprelin 5-nə qədər paytaxt ərazisində 233 yol qəzası baş verib. Nəticədə 67 nəfər ölüb, 286 nəfər xəsarət alıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol qəzalarında ölüm hallarının sayı 2 fakt azalsa da, qəza hadisələrinin sayı 12 fakt, xəsarət sayı isə 39 fakt artıb.
Hesabat dövründə qəzaların 49%-i surət həddinin aşılması, 51%-i piyadaların vurulması, 27%-i təhlükəli manevr qaydasını pozma səbəbindən baş verib.