Bank Of Baku

Şəmkirdə musiqiçiləri daşıyan “VAZ” traktorla toqquşub, xəsarət alanlar var

Şəmkirdə musiqiçiləri daşıyan “VAZ” traktorla toqquşub, xəsarət alanlar var
# 21 iyun 2018 19:29 (UTC +04:00)

Şəmkirdə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qapanlı kəndi ərazisində baş verib. Hərəkətdə olan “VAZ 2106” markalı avtomobilin traktorla toqquşması nəticəsində 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Məlumata görə, xəsarət alanlar musiqiçilərdir. Onlar qız evindən toya gəlin aparmaq üçün gedirmişlər.


Faktla bağlı araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR