Ukrayna prezidenti separatçılardan azad edilmiş Slavyansk şəhərinə gedib

Ukrayna prezidenti separatçılardan azad edilmiş Slavyansk şəhərinə gedib
# 08 iyul 2014 21:02 (UTC +04:00)

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Donetsk vilayəti dövlət administrasiyasının mətbuat xidmətinin məlumatında bildirilir.

“Dövlət başçısı yerli sakinlərlə görüşü zamanı hakimiyyət orqanlarının şəhərdə normal həyatın tez bir zamanda bərpa olunması üçün əlindən gələni etdiklərini bildirib”, deyə məlumatda bildirilib.

Məlumata görə, P.Poroşenko Slavyanska səfəri çərçivəsində Donetsk vilayətində keçirilən antiterror əməliyyatı zamanı fərqlənən hərbçiləri mükafatlandırıb.

Ukrayna prezidentinin göstərişi ilə separatçılardan azad olunmuş Slavyanska elektrik enerjisinin verilişi bərpa olunub.

Bundan əvvəl Poroşenko təqaüd və müavinətlərin Slavyanska gətirilib paylanmasının təmin edilməsinə dair göstəriş verib.

Bundan başqa, Ukrayna prezidenti yerli hakimiyyət orqanlarına yaşayış fondunu tez bir zamanda bərpa etməyi tapşırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR