Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 10 İyul

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 10 İyul
# 10 iyul 2015 17:10 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Silah ixracı sanksiyasının götürülməsində ABŞ-ın tərəddüd etməsinin bir neçə səbəbi var. Birincisi, əgər bu embarqo aradan qalxarsa İran Yaxın Şərqdə yaşanan münaqişələrdə dəstəklədiyi tərəflərə açıq şəkildə silah satmağa başlayacaq. Konkret olaraq Suriyada Bəşər Əsəd rejiminə və Yəməndə şiə-husi üsyançılarına verilən dəstəyi misal göstərmək olar.

İkincisi, Tehranın himayəsində olan "HƏMAS" və "Hizbullah" silahlı qruplaşmalarına silah yardımı edilməsi açıq müstəviyə keçəcək ki, bu da regionda yaşanan konfliktlərin şiddətlənməsi ilə nəticələnəcək.

Üçüncüsü, ABŞ-ın regiondakı müttəfiqləri - İsrail və ərəb ölkələri... Onlar nəinki İrana tətbiq olunan hansısa sanksiyanın ləğvini, ümumiyyətlə, Tehranla istənilən danışığa gedilməsini istəmirlər.

Dördüncüsü və məncə, ən önəmlisi ABŞ-da söz sahibi olan yəhudi lobbisi... Vyana danışıqlarının uzadılması və ABŞ başda olmaqla onun yanında olan ölkələrin mövqelərinin dəyişməsi də çox güman ki, məhz həmin söz sahibi olan gücün təsirindəndir...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR