Elçin Quliyev Türkiyə Jandarma Qüvvələrinin Qərargah rəisini qəbul edib - FOTO

Elçin Quliyev Türkiyə Jandarma Qüvvələrinin Qərargah rəisini qəbul edib - <span style="color: red;">FOTO
# 02 may 2015 08:38 (UTC +04:00)

DSX-nın mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, görüş zamanı ikitərəfli əməkdaşlığın vəziyyəti, qa­çaq­mal­çı­lığa, narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə, qeyri-leqal miqrasi­yaya qarşı mübarizə sahəsində birgə fəaliyyətin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb, sərhəd əməkdaşlığı məsələləri nəzərdən keçirilib.

Türkiyə nümayəndə heyətinə Azərbaycanın dövlət sərhədlərindəki mövcud vəziyyət, Dövlət Sər­həd Xidmətində aparılan islahatlar, dövlət sər­həd xətti boyu inşa edilən sər­həd mühafizə infrastrukturu barədə məlumat verilib.

Tərəflər arasında sər­həd mühafizəsi sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, o cümlədən Azərbaycan və Türkiyənin dövlət sər­hədlərində vəziyyət haqqında məlumat mübadiləsinin həyata keçirilməsi, təlim-tədris sahəsində, qarşılıq­lı maraq doğuran digər məsələlər üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi barədə razılıq əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR