Yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 7,7 mlrd. dollar təşkil edib

Yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 7,7 mlrd. dollar təşkil edib
# 15 may 2015 11:46 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 7 mlrd. 673 mln. 388,35 min ABŞ dolları təşkil edib.

APA-Economics”in Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 22,42% azdır.

Bu ilin dörd ayında idxal əməliyyatları 3 mlrd. 403 mln. 099,59 min dollar olub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 24,46% çoxdur.

Belə ki, bu ilin yanvar-aprel aylarında ölkənin ixrac əməliyyatları üzrə 4 mlrd. 270 mln. 288,76 min dollar olub ki, bu ötən ilin müvafiq dövrünə nisbətən 40,33% azdır.

Nəticədə 867 mln. 189,17 min dollar müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 dəfə azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR