Ağdaşda iribuynuzlu heyvanlar otlaq sahəsində zəhərlənərək ölüb

 Ağdaşda iribuynuzlu heyvanlar otlaq sahəsində zəhərlənərək ölüb
# 05 iyul 2014 11:48 (UTC +04:00)

Ağdaş. Elvin Yaqubov - APA. Ağdaş rayonunda iribuynuzlu heyvanlar otlaq sahəsində zəhərlənərək ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Abad kəndində qeydə alınıb.

Kənd sakinləri Həmzə Yaqubov, Mikayıl Mikayılov, Füzuli Yaqubov, Nazim İsmayılov, Xəlil Həmidov və Məhəmməd Əzizova məxsus 10 baş inək və camış otlaq sahəsində olarkən qəflətən zəhərlənərək ölüb.

Kəndin örüş sahəsində eyni vaxtda 20-dən çox iribuynuzlu heyvan zəhərlənib. Dərhal əraziyə baytar həkimlər çağırılıb. İnəklərin əksəriyyətinin vəziyyəti sonradan yaxşılaşsa da, 10 baş iribuynuzlu heyvan tələf olub.

Ölən heyvanlardan götürülən qan nümunələri Göyçay Regional Baytarlıq Laboratoriyasında yoxlanılıb və mal-qaranın otlaq sahəsində bitən kalış adlanan otdan zəhərləndiyi bildirilib. Məlumata görə, kalış otu torpaqdan təzə çıxan zaman çox zəhərli olur və heyvanlara mənfi təsir göstərir.

Kənd sakinlərinin sözlərinə görə, əvvəlki illərdə də otlaq sahəsində mal-qaranın bu cür zəhərlənməsı və tələf olması halları qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR