ABŞ-da qaradərili gəncin polis tərəfindən öldürülməsinə etiraz edən sakinlərlə polis qüvvələri arasında yenidən qarşıdurma yaranıb

ABŞ-da qaradərili gəncin polis tərəfindən öldürülməsinə etiraz edən sakinlərlə polis qüvvələri arasında yenidən qarşıdurma yaranıb
# 16 avqust 2014 10:23 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. ABŞ-ın Ferqyuson şəhərində artan gərginlik yerli polis qüvvələrini küçələrə zirehli maşınlarla çıxmağa vadar edib.

APA-nın “USA Today”a istinadən verdiyi məlumata görə, avqustun 9-da 18 yaşlı qaradərili Maykl Braunun polis əməkdaşı tərəfindən öldürülməsinə etiraz edən yerli sakinlərlə xüsusi təyinatlı polis qüvvələri arasında yenidən qarşıdurma yaranıb.

Yerli polis şirkət ofislərinin və mağazaların mühafizəsinə zirehli maşınlar və əlavə canlı qüvvələr cəlb edib. Nümayişçilər silahsız gənci öldürən polis əməkdaşının adının açıqlanmasını və ictimai şəkildə məsuliyyətə cəlb olunmasını tələb edirlər.

Qeyd edək ki, avqustun 9-da supermarketdən siqaret oğurlamaqda şübhəli bilinən Maykl Braun təslim olduğu halda polis əməkdaşı tərəfindən öldürülüb.

Avqustun 14-də prezident Barak Obama Ədliyyə Nazirliyindən məsələni araşdırmağı tələb edib. Yaxın günlərdə ABŞ baş prokuroru Erik Holderin bu məsələ ilə bağlı prezidentə məruzə etməsi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR