Vergilər Nazirliyinin xətti ilə büdcəsinə daxilolmalar 8% artıb

Vergilər Nazirliyinin xətti ilə büdcəsinə daxilolmalar 8% artıb
# 10 sentyabr 2014 09:19 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 4 mlrd. 844 mln. 901,0 min manat təşkil edib.

Vergilər Nazirliyinin Analitik informasiya şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin eyni eyni dövrü ilə müqayisədə 7,98% çoxdur.

Bu məbləğin 33,9%-i mənfəət vergisinin, 27,3%-i əlavə dəyər vergisinin, 12,9%-i fiziki şəxslərin gəlir vergisinin, 10,7%-i aksizlərin, 15,2%-i isə digər vergilərin payına düşür. Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 2 mlrd. 769 mln. 016,5 min manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,1% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR