Gələn il dövlət büdcəsinin 5%-ə yaxın artımı gözlənilir

Gələn il dövlət büdcəsinin 5%-ə yaxın artımı gözlənilir
# 28 avqust 2014 08:14 (UTC +04:00)

Vergilər Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, büdcə siyasətinə uyğun olaraq Maliyyə, İqtisadiyyat və Sənaye nazirlikləri qarşıdakı illərdə ölkənin sosial-iqtisadi, büdcə-fiskal, maliyyə, vergi, gömrük və digər sahələrə dair inkişaf konsepsiyasını, proqnoz göstəricilərini, maliyyə balansını və digər sənədləri hazırlayacaq. Eyni zamanda, müvafiq iqtisadi qurumlar ortamüddətli dövr üzrə Azərbaycanın iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərini tərtib edəcək.

Maliyyə Nazirliyindən verilən məlumata görə, gələn il üçün dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun (ÜDM) təxminən 30%-i həcmində nəzərdə tutulur. Proqnozlara əsasən, 2014-cü ildə ölkədə ÜDM-in 3,4%-i səviyyəsində real artımı gözlənilir. Azərbaycanda ÜDM-in həcmi 2013-cü ildə 57 mlrd. manatdan artıq olub və 2015-ci ildə bu rəqəm 62,9 mlrd. manat (artım 6%) səviyyəsində proqnozlaşdırılır.

Beləliklə, gələn il büdcənin də 5%-ə yaxın artımı baş verəcək. 2015-ci ildə qeyri-neft sektoru üzrə daxilolmaların dövlət büdcəsi gəlirlərinin tərkibində xüsusi çəkisinin cari ilin proqnozu ilə müqayisədə 7-9% artacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR