İraq hökuməti Tikritin azad edildiyini bəyan edib

İraq hökuməti Tikritin azad edildiyini bəyan edib
# 31 mart 2015 18:22 (UTC +04:00)

Bakı-APA. İraqın baş naziri Heydər əl-Abadi ölkə ordusunun Tikrit şəhəri uğrunda döyüşlərdə “İŞİD” üzərində qələbə qazanıldığını bəyan edib.

APA-nın məlumatına görə, bu barədə “France-Presse” agentliyi xəbər yayıb.

Bundan əvvəl “İŞİD”-in Tikritdəki mövqelərinin artilleriya atəşinə və ABŞ tərəfindən hava zərbələrinə tutulduğu barədə məlumat yayılmışdı.

Qeyd edək ki, Tikrit şəhəri 2014-cü ilin iyulunda “İŞİD” qruplaşması tərəfindən ələ keçirilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR