Azərbaycan prezidenti Bərdədə mənzil fondunun əsaslı təmirinə və yol tikintisinə 5 milyon manat ayırıb

Azərbaycan prezidenti Bərdədə mənzil fondunun əsaslı təmirinə və yol tikintisinə 5 milyon manat ayırıb
# 13 mart 2015 16:20 (UTC +04:00)

APA-nın məlumatına görə, Bərdə şəhərinin mənzil fondunun əsaslı təmiri işlərinin sürətləndirilməsi və 15 min nəfər əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən Yeni Daşkənd-Umudalılar kəndlərarası avtomobil yolunun yenidən qurulması məqsədi ilə Bərdə Rayon İcra Hakimiyyətinə Prezidentin ehtiyat fondundan 5 milyon, o cümlədən mənzil fondunun əsaslı təmiri işlərinin sürətləndirilməsi üçün ilkin olaraq 3 milyon, kəndlərarası avtomobil yolunun yenidən qurulması üçün ilkin olaraq 2 milyon manat ayrılıb.


Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR