Pentaqon: Sanksiyalar Rusiyanın siyasətini dəyişməyib

Pentaqon: Sanksiyalar Rusiyanın siyasətini dəyişməyib
# 25 fevral 2015 18:45 (UTC +04:00)

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Konqresdə keçirilən dinləmələrdə Avropada NATO Silahlı Qüvvələri birləşmələrinin baş komandanı Filip Bridlav və ABŞ müdafiə nazirinin müavini Kristin Uormut bildiriblər.

“Etiraf etməliyik ki, tətbiq edilən sanksiyalar Rusiyanın siyasətini dəyişməyib”, deyə K.Uormut bildirib.

Filip Bridlav isə qeyd edib ki, Ukraynaya letal (öldürücü) silahların verilməsi məsələsi gündəmdə olaraq qalır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR