BDU-da “I Avropa oyunları uşaqların gözü ilə” adlı tədbir keçirilib - FOTOSESSİYA

BDU-da “I Avropa oyunları uşaqların gözü ilə” adlı tədbir keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 17 aprel 2015 12:37 (UTC +04:00)

Bakı-APA. Bakı Dövlət Universitetində (BDU) “Gənc istedadlar” liseyi və Nizami rayonu X.Quliyev adına 62 №-li məktəb-liseyin 3-cü sinif şagirdlərinin iştirakı, Parlament Jurnalistlər Birliyinin təşkilati dəstəyi ilə “Bakı-2015” I Avropa Oyunlarına həsr olunmuş “I Avropa oyunları uşaqların gözü ilə” adlı tədbir keçirilib.

BDU-nun mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə universitetin rektoru, akademik Abel Məhərrəmov açaraq, I Avropa Oyunlarının təşkili və görülən işlər barədə danışıb. I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın bu istiqamətdəki fəaliyyətindən danışan rektor Azərbaycanda idmana dövlət qayğısından bəhs edib.

Sonra 62 saylı məktəb-liseyin direktoru Mətanət Cabbarlı tədbir iştirakçılarını salamlayıb və keçirilən tədbir haqqında qonaqları məlumatlandırıb.

Bədii kompozisiya hissəsində Avropa ölkələrinin bayraqlarını tutmuş oğlanlar və həmin ölkənin milli geyimini geyinən qızlar musiqi sədalarının müşayiəti ilə səhnəyə daxil olublar. Sonra Azərbaycan bayrağı gətirilib və dövlət himni səsləndirilib. Şagirdlər mübarizə aparılacaq 20-dən çox idman növü üzrə nümunələr göstərib, şahmat fiqurları paltarlarını geyinərək bu oyunu nümayiş etdiriblər. Avropa oyunlarının simvolları olan “Ceyran” və “Nar” musiqi sədaları altında rəqs ediblər. Bir-birindən maraqlı səhnəciklərlə davan edən tədbir Fikrət Əmirovun “Qarabağ mirvarisi“ əsərinin sədaları altında kollektiv rəqslə başa çatıb.

Sonda 62 №-li məktəb-liseyin ibtidai sinif müəlliməsi Mehriban Allahverdiyeva tədbirin keçirilməsi üçün yaradılan şəraitə görə universitet rəhbərliyinə təşəkkür edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR