Gənc Tamaşaçılar Teatrı yeni mövsümün açılışına iki tamaşa hazırlayıb

Gənc Tamaşaçılar Teatrı yeni mövsümün açılışına iki tamaşa hazırlayıb
# 17 sentyabr 2015 10:35 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 88-ci teatr mövsümünün ilk tamaşaları sentyabrın 19-da nümayiş etdiriləcək.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həmin gün Hans Kristian Andersenin “Çirkin ördək balası” və Uilyam Şekspirin “Romeo və Culyetta” tamaşaları göstərəcək.

H. K.Andersenin “Çirkin ördək balası” nağılı əsasında səhnələşdirilmiş eyniadlı tamaşanın quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı Zaur Rəşidov, baletmeysteri Nailə Məmmədzadədir.

Tamaşada əsas rolları əməkdar artistlər Almaz Mustafayeva, Şəfəq Əliyeva, Elşən Rüstəmov, Leyli Vəliyeva, aktyorlar, Hüsniyyə Əhmədova, İlqarə Tosova, Günel Məmmədova, Zümrüd Quliyeva, Roza İbadova, Səbinə Məmmədova, Venera Abbasova, Anar Seyfullayev, Müşfiq Əliyev, Elşən Hacıbabayev, Eşqin Quliyev, Rasim Cəfərov və başqaları ifa edəcəklər.

İki hissəli məhəbbət faciəsi olan “Romeo və Culyetta” tamaşasının quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, quruluşçu rəssam Tumanaşvili adına Gürcüstan Dövlət Dram Teatrının baş rəssamı Şota Qlurjidze, bəstəkarı Firudin Allahverdidir.

Plastik həll və rəqslərin quruluşu rusiyalı xoreoqraf, Rusiyanın əməkdar incəsənət xadimi Sergey Qrisaya məxsus tamaşada əsas rolları Günel Məmmədova, Elnur Kərimov, digər rolları isə əməkdar artistlər Naibə Allahverdiyeva, Nübar Novruzova, Şövqi Hüseynov, Nicat Kazımov, Kəmalə Hüseynova, Qurban İsmayılov, Nəsibə Eldarova, Leyli Vəliyeva, aktyorlar Rəşad Səfərov, Vüqar Məmmədəliyev, Vüsal Mehrəliyev, Məhərrəm Musayev, Elnur Hüseynov, Eyvaz İbrahimov və başqaları ifa edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR