Bahar Muradova: “Təəssüf ki, Azərbaycana qarayaxma kampaniyalarına ölkə daxilində də dəstək verənlər var”

Bahar Muradova: “Təəssüf ki, Azərbaycana qarayaxma kampaniyalarına ölkə daxilində də dəstək verənlər var”
# 07 may 2015 12:49 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib. Onun sözlərinə görə, Azərbaycanın mövqeyi möhkəmlənir, nüfuzu getdikcə artır: “Bu səbəbdən qaralama kampaniyalarının obyektinə çevrilir. Bunu kimlərin etdiyi məlumdur. Bu cür təzyiq və təsirlərlə bizi tutduğumuz yoldan döndərmək mümkün deyil. Azərbaycanın Ermənistandan başqa heç bir ölkə ilə problemi yoxdur. Ayrı-ayrı beynəlxalq təşkilatlarda, ölkələrdə ermənilərin qarşısında öhdəlik götürənlər qarayaxma kampaniyaları aparırlar. Təəssüf ki, Azərbaycanın daxilində də onlara dəstək verənlər var”.

Ölkə daxilində də Avropa Oyunlara boykot çağırışı edənlərdən danışan B. Muradova bildirib ki, onlar cəmiyyət tərəfindən uzun illərdir, boykot olunan insanlardır. Onun sözlərinə görə, Azərbaycan beynəlxalq tədbiri yüksək səviyyədə təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR