Valdis Zatlers: “Riqa sammitində Azərbaycanla strateji tərəfdaşlıq sazişi imzalamaq istərdik”

Valdis Zatlers: “Riqa sammitində Azərbaycanla strateji tərəfdaşlıq sazişi imzalamaq istərdik”
# 29 aprel 2015 09:36 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Bakıda keçirilən III Qlobal Forum çərçivəsində təşkil olunan paneldə çıxış edən Latviyanın sabiq prezidenti Valdis Zatlers deyib. O bildirib ki, Azərbaycan Avropa İttifaqı üçün real strateji tərəfdaşdır: “Azərbaycan enerji təchizatı, təhlükəsizlik məsələlərində çox önəmli rola malikdir”.


V. Zatlers Ukrayna-Rusiya münaqişəsi ilə bağlı müəyyən irəliləyişə nail olunacağına ümid etdiklərini də söyləyib: “Avropa İttifaqı sülh istəyir. İspaniyalılar, italiyalılar Şimali Afrikadakı münaqişələri, Şərqi Avropa xalqları Ukraynadakı münaqişəni daha yaxşı başa düşürlər. Biz öz qonşularımıza görə narahatıq. Biz öz təcrübəmizi onlarla bölüşməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR