Moskvada sənədləri yoxlanılan naməlum şəxs polis əməkdaşını qətlə yetirib

Moskvada sənədləri yoxlanılan naməlum şəxs polis əməkdaşını qətlə yetirib
# 07 noyabr 2015 00:39 (UTC +04:00)

Bakı-APA. Moskvada polis əməkdaşı şübhəli şəxsin sənədlərini yoxlamağa cəhd edərkən qətlə yetirilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya DİN-in Moskva üzrə Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Andrey Qaliəkbərov bildirib.

“Maryinski parkı küçəsində post-patrul xidmətinin ekipajı sənədləri yoxlamaq məqsədi ilə vətəndaşı saxlayıb. Şübhəli şəxs hələlik müəyyən edilməmiş odlu silahdan polis leytenantına atəş açaraq hadisə yerindən uzaqlaşıb. Güllə yarası almış polis əməkdaşı xəstəxanada keçinib”, deyə mətbuat xidmətinin rəhbəri bildirib.

Andrey Qaliəkbərovun sözlərinə görə, aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşına hücum etməkdə şübhəli bilinən şəxs saxlanılıb: “Hazırda onunla lazımi əməliyyat tədbirləri keçirilir, hadisənin təfərrüatları müəyyənləşdirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR