Boliviya prezidentini Uqo Çaveslə görüşə buraxmayıblar

Boliviya prezidentini Uqo Çaveslə görüşə buraxmayıblar
# 21 fevral 2013 04:43 (UTC +04:00)

Bakı-APA. Venesuela prezidenti Uqo Çavesi müalicə edən həkimlər Boliviya dövlət başçısı Eva Moralesi onun yanına buraxmayıblar. APA-nın məlumatına görə, bu barədə Morales özü xəbər verib.

Boliviya prezidentinin sözlərinə görə, həkimlər öz qərarlarını xəstənin istirahətə və daimi tibbi müşahidəyə ehtiyacı olması ilə izah ediblər. Morales həmçinin Çavesin ailəsi ilə görüşdüyünü bildirib. Onun sözlərinə əsasən, Çavesi ailəsində «ruh yüksəkliyi» hökm sürür.

Xərçəng şişinin kəsilməsindən sonra reabilitasiya dövrünü keçirən Uqo Çaves Kubadan Venesuelaya fevralın 18-də qayıdıb. Onun reabilitasiya dövrünün bir sıra çətinliklərlə keçdiyi barədə məlumatlar yayılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR