Əbülfəs Qarayev İspaniya və Andorraya səfərə gedib

Əbülfəs Qarayev İspaniya və Andorraya səfərə gedib
# 28 yanvar 2013 09:00 (UTC +04:00)

Bakı. Ülkər Qasımova-APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İspaniya və Andorraya səfərə gedib. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, fevralın 2-dək davam edəcək səfər çərçivəsində Barselona və Andorra knyazlığının turizm potensialı ilə tanışlıq, qış turizmi sahəsində təcrübə mübadiləsi və qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulur.

Eyni zamanda, 30 yanvar-2 fevral tarixlərində nazir Madriddə təşkil olunacaq "FİTUR" Beynəlxalq Turizm Sərgisində, BMT-nin Ümumdünya Turizm Təşkilatının dəstəyi ilə keçiriləcək "Know-How" tədbirlərində iştirak edəcək.


Səfər çərçivəsində Ə. Qarayevin Andorranın Turizm və Ətraf Mühit Naziri Françesk Kamp Torres, İspaniyanın Turizm üzrə Dövlət Katibi İzabel Barrego, Ümumdünya Turizm Təşkilatının Baş Katibi Taleb Rifai, İspaniyanın Mədəniyyət üzrə Dövlət Katibi Xose Maria Lassal Ruiz, o cümlədən digər rəsmilərlə görüşləri nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR