İraq ordusu Əl-Falluca şəhərini İŞİD-dən azad etmək üçün hücuma başlayıb

İraq ordusu Əl-Falluca şəhərini İŞİD-dən azad etmək üçün hücuma başlayıb
# 30 may 2016 10:41 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. İraq ordusunun bölmələri Əl-Falluca şəhərinin İŞİD terrorçularından azad edilməsi üçün hücuma başlayıb.

APA-nın məlumatına görə, “As-Sumariya” telekanalı bu xəbəri əməliyyata rəhbərlik edən general Aldel Vahhab əs-Sədiyə istinadən yayıb.

General bildirib ki, təhlükəsizlik qüvvələri uğur əldə edə bilib, lakin İŞİD silahlıları müqavimət göstərməyə davam edirlər.

Öz növbəsində İraq polisinin nümayəndəsi Raed Şakir Caudat bildirib ki, hökumət qüvvələri döyüş zonasından əsasən qadın və uşaqlar olmaqla 800 vətəndaşı çıxara bilib.

Bəzi mənbələrə görə, Əl-Fallucada azı 50 min sakin var. İŞİD onlardan “canlı sipər” kimi istifadə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR