Somalidə terrorçular 12 nəfəri girov götürüblər

Somalidə terrorçular 12 nəfəri girov götürüblər
# 29 oktyabr 2015 03:08 (UTC +04:00)

Bakı-APA. Somalidə “Əş-Şəbab” terror qruplaşmasının silahlıları sərt eniş edən təyyarənin 12 sərnişinini girov götürüb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, “Airbus A380” təyyarəsi Somalidəki Afrika İttifaqı missiyası (AMISOM) üçün yük daşıyırmış.

Faktı təsdiqləyən yerli hökumət nümayəndəsi bildirib ki, girovlar arasında ABŞ vətəndaşları da var. Pentaqon, öz növbəsində, təyyarədə ABŞ vətəndaşlarının olduğunu təkzib edib.

Qeyd edək ki, Moqadişoya uçan təyyarə naməlum səbəbdən Afquye şəhəri yaxınlığında sərt eniş edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR