Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəylinin 130 illiyinə həsr edilmiş elmi konfrans keçirilib - FOTOSESSİYA

Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəylinin 130 illiyinə həsr edilmiş elmi konfrans keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 22 sentyabr 2015 10:52 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəyli adına VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində bəstəkarın 130 illiyinə həsr edilmiş elmi konfrans keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən birliyin sədri, xalq artisti Firəngiz Əlizadə Musiqi Festivalının və konfransın əhəmiyyətindən danışıb.

F. Əlizadə qeyd edib ki, Bəstəkarlar İttifaqı mütəmadi olaraq Ü. Hacıbəylinin xatirəsinə həsr olunan müxtəlif tədbirlər keçirir, musiqişünasların iştirakı ilə məruzələr dinlənilir. F. Əlizadə Beynəlxalq Musiqi Festivalı çərçivəsində bir neçə digər tədbirlərin də keçiriləcəyini qeyd edib.

İttifaqın katibi, əməkdar incəsənət xadimi Zemfira Qafarova, AMEA-nın müxbir üzvü, professor Rəna Məmmədova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Talıbzadə və başqaları Ü. Hacıbəylinin həyat və yaradıcılığına həsr olunan məruzələrlə çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR