Sınaq imtahanlarının nəticələri iki gün ərzində açıqlanacaq

Sınaq imtahanlarının nəticələri iki gün ərzində açıqlanacaq
# 08 aprel 2013 08:03 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə keçirilən ilk sınaq imtahanlarının nəticələri yaxın iki gün ərzində açıqlanacaq. TQDK-nın mətbuat katibi Elnur Nağızadə APA-ya açıqlamasında bildirib ki, ilk sınaq imtahanları respublikanın 28 şəhər və rayonunda ümumilikdə 46 binada təşkil olunub. Hazırda bölgələrdə təşkil olunan imtahanların nəticələri TQDK-ya təqdim edilir və nəticələr emal olunur.

Qeyd edək ki, ali təhsil müəssisələrinin bakalavr səviyyəsi üzrə sınaq imtahanları aprelin 7-dən mayın 26-dək keçiriləcək. Bu müddətdə ümumilikdə 7 sınaq imtahanı keçiriləcək ki, onların 3-ü təkrar, 4-ü isə yeni olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR